MƏDƏNİYYƏT


Ötən il Azərbaycanda ən çox ziyarət edilən qoruqların adı açıqlanıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Dövlət Turizm Agentliyinin nəzdində fəaliyyət göstərən Qoruqların İdarəetmə Mərkəzi Yanardağ, Atəşgah məbədi, Baskal, Xınalıq, Lahıc, Yuxarı Baş və Kiş qoruqlarının idarəedilməsini həyata keçirir.

AZƏRTAC “İllik turizm statistikası 2019”a istinadla xəbər verir ki, siyahıda ilk üç qoruq 2019-cu ildə yarım milyon turisti cəlb etməklə ən çox ziyarət edilən qoruqlar hesab olunur.

Atəşgah məbədi ən məşhur qoruqlardan biridir. Bu məbədi 2019-cu ildə Hindistan, İsrail və Rusiyadan təxminən 186 min nəfər ziyarət edib. Bunun ardınca həmin ildə müvafiq olaraq 174 min və 121 min ziyarətçisi olan Yanardağ və Yuxarı Baş qoruqları yer alır. İyun ayında Atəşgah və Yuxarı Baş qoruğuna gələn turistlərin sayı ən yüksək həddə - müvafiq olaraq 23 min və 24 min nəfərə çatıb. Yanardağ üçün yüksək mövsüm iyul ayında 25 min ziyarətçi olmaqla qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.