İQTİSADİYYAT


Ötən il Azərbaycanda əsas kiberrisklər fişinq və lokal təhdidlər olub

Bakı, 26 fevral, AZƏRTAC

2020-ci ildə Azərbaycandakı ev istifadəçilərinin 44 faizi, korporativ istifadəçilərin isə 35 faizi lokal təhdidlərlə (yəni kompüterlərdə və ya onlara qoşulub çıxarıla bilən daşıyıcılarda – USB fleş və yaddaş kartlarında, xarici sərt disklərdə və sair aşkarlanan təhdidlər) qarşılaşıblar.

“Kaspersky” şirkətindən AZƏRTAC-a bildirilib ki, ev istifadəçilərinin 11 faizi və korporativ istifadəçilərin 7 faizi internetdə yoluxma riskinə məruz qalıb. Ötən il bank troyanları Azərbaycan istifadəçilərinə nisbətən daha tez-tez hücumlar etməyə başlayıb. “Kaspersky” həlləri il ərzində fişinq saytlarına təxminən 495 min giriş cəhdinin qarşısını alıb. Bu mənbələrin təxminən beşdəbiri skam olub. Bu termin təcavüzkarların istifadəçini pul mükafatı vədi ilə saxta səhifəyə cəlb etdiyi reklamları ehtiva edir. Təklifin real görünməsi üçün saxta ödənişlərin miqdarı şişirdilmir. Şəxs sorğunun və ya anketin bütün mərhələlərini keçdikdə, ondan "sabit ödəniş" istənilir. Nəticədə isə o, heç bir pul almır və ödənilən “komissiya” təcavüzkarların cibinə gedir.

“Lokal təhdidlər hələ də ümumi mənzərənin əhəmiyyətli bir hissəsini tutur. Keçən il Azərbaycanda ev istifadəçilərinin demək olar ki, yarısı və korporativ istifadəçilərin üçdə birindən çoxu onlarla qarşılaşıblar. Bu, çox vaxt rəqəmsal savadlılığın aşağı olmasından qaynaqlanır. Bu səbəbdən də kibertəhdidlər barədə məlumatlandırma ehtiyacının həm korporativ işçilər, həm də ev istifadəçiləri üçün aktual olduğuna inanırıq. Lazımi bacarıqları inkişaf etdirmək üçün praktiki tapşırıqlara yönələn təlimlər müəssisənin informasiya təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirə biləcək bir tədbirdir”, - deyə “Kaspersky”nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kibertəhdidlərdən qorunmaq üçün “Kaspersky” aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:

• məktublar, messencer mesajları və ya SMS-lərdəki şübhəli linklərə keçid etməmək

• əməliyyat sistemi və tətbiqlər üçün müntəzəm qaydada yenilənmələr yükləmək

• tətbiqləri yalnız rəsmi mağazalardan quraşdırmaq

• hesablar üçün çətin və mürəkkəb şifrələrdən istifadə etmək

• vacib məlumatları müntəzəm olaraq öz cihazından buluda, USB fleş karta və ya sərt diskə köçürmək

• tətbiqlərə lazımsız funksiyalara giriş imkanı verməmək

• “Kaspersky Internet Security” kimi etibarlı qoruma həlli yükləmək.

Bundan əlavə, şirkətlərə işçilərin kiber savadlılığını artırmaq üçün, onlara təlimlər keçməsi tövsiyə olunur. Məsələn, avtomatlaşdırılmış platforma “Kaspersky ASAP” platforması təhlükəsiz davranış bacarıqlarının inkişafına və davamlı vərdişlərin formalaşmasına kömək edir. Bu həll bir işçinin kiber təhlükəsizlik sahəsindəki mövcud biliklərini qiymətləndirməyə, buna əsasən, onun məhz iş vəzifələri və risk profilindən asılı olaraq ehtiyac duyduğu bacarıqlar dəstini təyin etməyə və müvafiq proqramı keçmək üçün bir cədvəl qurmağa imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.