İQTİSADİYYAT


Ötən il Azərbaycanda sutkalıq neft istehlakı 92 min barrel təşkil edib

Ötən il Azərbaycanda sutkalıq neft istehlakı 92 min barrel təşkil edib

Bakı, 20 iyun, Nihad Budaqov, AZƏRTAC 

Azərbaycanda keçən il gündəlik neft istehlakı 92 min barrel təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin illik statistik hesabatında deyilir. Bildirilir ki, hesabat ilində Azərbaycanın xam neft istehsalı isə sutkalıq orta hesabla 795 min barrel olub.

Xəzəryanı ölkələrdən Rusiyanın gündəlik neft istehlakı keçən il 3 milyon 224 min barrel, İranın 1 milyon 816 min barrel, Qazaxıstanın 311 min barrel, Türkmənistanın isə 155 min barrel təşkil edib.

Sutkalıq neft istehlakına görə dünyada ilk sırada 19 milyon 880 min barrellə ABŞ, ikinci yerdə 12 milyon 799 min berrel ilə Çin, üçüncü sırada isə 4 milyon 690 min barrellə Hindistan qərarlaşıb. Hesabata görə, dünyada gündəlik neft istehlakı ən az ölkə 44 min barrellə Trinidad və Tobaqodur.

Keçən il dünya üzrə sutkalıq neft istehlakı 98 milyon 186 min barrel olub. Bu həcmin 47 milyon 33 min barreli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə, 51 milyon 152 min barreli qeyri-OECD ölkələrində, 13 milyon 211 min barreli isə Avropa İttifaqında istehlak edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.