İQTİSADİYYAT


Ötən il “Azəriqaz” “ASAN xidmət” vasitəsilə 251 mindən çox istehlakçıya xidmət edib

Bakı, 9 yanvar, AZƏRTAC

Ötən il “Azəriqaz” İstehsalat Birliyi “ASAN xidmət” mərkəzi vasitəsilə 251 mindən çox istehlakçıya xidmət edib.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsi təmin edilib.

2018-ci il ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki, Gəncədə yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 251 min 542 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.