İQTİSADİYYAT
Ötən il Bakı Fond Birjasının dövriyyəsi 80 faiz artıb
Bakı, 8 yanvar, AZƏRTAC
"Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri ötən il dekabrın 1-nə 20,975 milyard manat təşkil edib.
AZƏRTAC BFB-yə istinadla xəbər verir ki, bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 80 faiz çoxdur. Son bir ildə bağlanmış əqdlərin sayı isə 98 782-yə çatıb.
BFB-nin dövriyyəsinin 7,424 milyard manatı törəmə maliyyə alətlərinin payına düşüb. Hesabat dövründə qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 12,219 milyard manat, səhm bazarı üzrə əqdlərin dəyəri 143 milyon manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 607 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 583 milyon manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]