ELM VƏ TƏHSİL


Ötən il Bakıda 3500 şagird yerlik ümumtəhsil məktəb binası istifadəyə verilib

Bakı, 22 yanvar, AZƏRTAC

Ötən il Naxçıvan Muxtar Respublikasında 1726 şagird yerlik 6 ümumtəhsil məktəb binası, Bakı şəhərində isə 3500 şagird yerlik ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bundan əlavə, Şəki şəhərində, Abşeron, Balakən, Qobustan, Sabirabad, Şamaxı və Tovuz rayonlarında 3432 şagird yerlik 7 ümumtəhsil məktəb binası, Yevlax şəhərində, Ağcabədi, Ağdaş, Astara, Bərdə, Biləsuvar, Cəlilabad, Gədəbəy, İmişli, Qəbələ, Qobustan, Oğuz, Lerik, Saatlı, Şəmkir, Tərtər, Tovuz və Zərdab rayonlarında 1530 yerlik 18 məktəbəqədər təhsil müəssisəsi tikilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.