İDMAN


Ötən il Bakıda baş verən qəza Maks Ferstappenin bu il qələbə qazanmasına necə kömək edib?

Bakı, 14 iyun, AZƏRTAC

Formula 1 çempionatının “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen ötənilki qəzanın təkrarlanmasının qarşısını almaq məqsədilə Bakıda finişə azı 20 dövrə qalmış şinləri dəyişməyi üstün tutub.

AZƏRTAC xəbər verir ki, hazırkı dünya çempionunun ötənilki Azərbaycan mərhələsində şinlərin dağılması ilə nəticələnən qəzasını yada salaraq, bu dəfə komanda riskə getməməyi qərara alıb. “Red Bull Racing” komandasının rəhbəri Kristian Hornerin sözlərinə görə, bu səbəbdən Bakıda finişə azı 20 dövrə qalmış hər iki pilot ikinci pit-stopları həyata keçiriblər.

“Bir çox mənada bu, ötən il üçün, partlayan şinə görə Maksın məyusluğuna verilən əvəz idi. Məhz bu səbəbdən biz finişə 20 dövrə qalmış, hətta daha tez şinləri dəyişdik. Lakin həqiqətən də bu, mükəmməl idarəetmə idi”, - Kristian Horner “Sky Sports F1” üçün şərhində əlavə edib.

Qeyd edək ki, Formula 1 çempionatının Azərbaycan Qran-Prisi cari il iyunun 10-12-də Bakıda keçirilib. “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen mərhələnin qalibi adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.