DÜNYA


Ötən il Belarusda 374 nəfər suda boğulub

Minsk, 16 yanvar, AZƏRTAC

Belarusda qış mövsümü başlayandan bəri 18 nəfər ölkə sularında boğulub.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu barədə Belarus Sularında Xilasetmə Birliyinin sədri Ənvər İqamberdiyev jurnalistlərə müsahibəsində bildirib.

O deyib ki, 2018-ci ildə ümumilikdə 374 nəfər suda boğulub. Bu rəqəm son 46 ilin ən aşağı göstəricisidir. Lakin yeniyetmələrin sularda boğulma halları 16,3 faiz artıb. 2018-ci ildə Belarus sularında 30 yeniyetmə boğulub ki, bu da 2017-ci illə müqayisədə 5 fakt çoxdur. Qışda donmuş göllər üzərində hərəkət etməmək məsləhət görülür.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.