Ötən il Belarusda Birinci və İkinci Dünya müharibələrinə aid 11 mindən çox silah-sursat zərərsizləşdirilib
AzerTAg.az
Minsk, 15 yanvar, AZƏRTAC
2019-cu ildə Belarusda Birinci və İkinci Dünya müharibələri dövrünə aid 11 mindən artıq silah-sursat zərərsizləşdirilib.
AZƏRTAC yerli mətbuata istinadla bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Belarus Silahlı Qüvvələri Baş Qərargahının mühəndis qoşunlarının rəisi polkovnik Andrey Kurakov məlumat verib.
Onun sözlərinə görə, hesabat dövründə aşkarlanan silah-sursatın zərərsizləşdirilməsi üçün 400 müraciət daxil olub.
“Belarusda Birinci və İkinci Dünya müharibələri dövrünə aid çox sayda silah, mina, bomba aşkarlanıb. Təəssüf ki, onların sayı azalmır. Ötən il təkcə Dokşitsov rayonunda İkinci Dünya müharibəsi dövrünə aid 9 mindən çox silah-sursat zərərsizləşdirilib. Orada alman ordusunun artilleriya anbarı yerləşib. Həmin ərazidə axtarışlar bu il də davam etdiriləcək”, - deyə Kurakov vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Xəbərin mətnində orfoqrafik səhv var