İQTİSADİYYAT


Ötən il “Bibiheybət” Gəmi Təmiri Zavodunda 71 gəmi təmir olunub

Bakı, 15 yanvar, AZƏRTAC

2020-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda 71 müxtəlif təyinatlı gəmi təmir edilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, gəmilərin 24-ü əsaslı, 17-si cari təmir olunub, 30-na isə tərsanə xidməti göstərilib. Bu üzən vasitələrin 60-ı ASCO-nun Xəzər Dəniz Neft Donanmasına, 5-i Dəniz Nəqliyyatı Donanmasına, 6-sı isə kənar təşkilatlara aiddir.

Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

ASCO geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Həm “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, həm də “Bibiheybət” Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti ASCO-ya və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.