CƏMİYYƏT


Ötən il DSMF-yə sosial sığorta daxilolmaları 290,2 milyon manat artıb

Bakı, 14 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri keçən il 429 milyon manat və ya 9 faiz artaraq 5178 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları ötən il 3843,4 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 290,2 milyon manat və ya 8 faiz çoxdur.

Sosial sığorta daxilolmaları ilə bağlı illik proqnoz büdcə təşkilatları üzrə 104 faiz, qeyri-büdcə sektoru üzrə 113 faiz icra edilib.

DSMF-nin 2021-ci ildəki xərcləri əvvəlki ilə nisbətən 132 milyon manat və ya 3 faiz çox olmaqla, 4843 milyon manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.