Ötən il Energetika Nazirliyi və tabeli qurumlara 6733 müraciət daxil olub
AzerTAg.az

Bakı, 18 yanvar, AZƏRTAC
Ötən il ərzində Energetika Nazirliyi və tabeli qurumlara 6733 vətəndaş müraciəti daxil olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müraciətlərdən 5740-ı müvafiq qaydada icra olunub, 392-si icradadır, 601 müraciət isə məlumat xarakterlidir.
Müraciətlər əsasən elektrik enerjisi və təbii qaz təchizatı, elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının vəziyyəti, borc və cərimələr, sayğaclaşma, bərpaolunan enerji, icazələr, işlə təminat, təşəkkür və digər mövzularla bağlı olub.
Hesabat dövründə nazirlik və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 254 vətəndaş qəbul edilib və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Xəbərin mətnində orfoqrafik səhv var