REGİONLAR


Ötən il Gədəbəydə 600-ə yaxın daimi iş yeri yaradılıb

Gədəbəy, 26 fevral, Rauf Hacıyev, AZƏRTAC

Son 16 ildə Gədəbəy rayonunda 16 min 737 yeni iş yeri yaradılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yaradılmış iş yerlərindən 598-i daimi olmaqla 1323-ü ötən ilin payına düşür.

Bunlardan 11-i yeni yaradılmış müəssisə və təşkilatlar, 144-ü mövcud müəssisə və təşkilatlar, 443-ü fiziki şəxslər tərəfindən, 725-i isə digər hallarda yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.