CƏMİYYƏT


Ötən il Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənclər siyasəti sahəsində 183 tədbir keçirilib

Bakı, 5 yanvar, AZƏRTAC

Ötən il Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənclər siyasəti sahəsində 183 tədbir keçirilib. Bu tədbirlərdən 165-i yerli, 18-i isə beynəlxalq əhəmiyyətli olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin 2018-ci ilə dair illik hesabatında məlumat verilib.

İl ərzində gənclər sahəsində ən mühüm tədbirlər arasında Naxçıvanın 2018-ci ilin “Gənclər paytaxtı” seçilməsi və “Gənclər paytaxtı”nın rəmzi açarının Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdə Naxçıvan şəhərinə təqdim edilməsi olub. Bundan başqa, ilk dəfə səs verən gənclər üçün mədəni-kütləvi tədbir, “Səyyar kitabxana V” layihəsi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Gənclər Məşvərət Şurasının 3-cü iclası, “Tələbə baharı” Xl Ümumrespublika tələbə yaradıcılığı festivalı, Naxçıvanda “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans və “Azərbaycançılıq və gənclik” adlı mədəni-kütləvi tədbir təşkil olunub. Eləcə də “Mənim Azərbaycanım” ümumrespublika gənclər festivalı, “Yaradıcılıq emalatxanası” beynəlxalq düşərgəsi, Azərbaycanda Xüsusi Olimpiya Gənc Liderlərin Forumu, X Beynəlxalq Uşaq Muğam Müsabiqəsi, istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı, Azərbaycan Gənclərinin VIII Forumu, “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq bilik olimpiadası, Könüllülərin beynəlxalq gənclər forumu, Azərbaycan Tələbələrinin II Qurultayı və s. il ərzində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan mühüm tədbirlərdəndir.

Ötən il, həmçinin 254 gənc xarici ölkələrə ezam olunub, 1234 nəfər isə Azərbaycanda qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.