REGİONLAR


Ötən il Goranboyda 34 kilometr yol istifadəyə verilib

Goranboy, 10 mart, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızda rayon mərkəzləri ilə kəndlərin nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq, bölgələrdə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafını təmin etmək məqsədilə həyata keçirilən yol infrastrukturu layihələri davam edir.

Həyata keçirilən layihələrin davamı olaraq, Goranboy rayonunda Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun tikintisi də uğurla davam etdirilir.

Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib ki, ötən il Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpoutun 14, Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun isə 20 kilometri istifadəyə verilib.

Bildirilib ki, 27 min əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının istismara verilməsi ilə rayon mərkəzi ilə kəndlərin nəqliyyat əlaqəsi intensivləşib, yaşayış məntəqələrində əhalinin məşğuliyyətinin əsasını təşkil edən kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.