İQTİSADİYYAT


Ötən il Gürcüstan dəmir yolları ilə 3 milyondan çox sərnişin daşınıb

Tbilisi, 19 yanvar, AZƏRTAC

2019-cu ildə Gürcüstan dəmir yolları ilə sərnişin daşınmasında rekord göstərici əldə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolları idarəsi məlumat yayıb. Məlumatda deyilir ki, 2019-cu ildə dəmir yolu vasitəsilə 3 milyondan çox sərnişin daşınıb, 31 milyon laridən çox gəlir əldə edilib.

Gürcüstan dəmir yollarının ümumi uzunluğu 1700 kilometrə yaxındır. Ölkə ərazisində ümumilikdə 25 sərnişin vağzalı, 115 yük terminalı fəaliyyət göstərir. Gürcüstan dəmir yolunun Azərbaycan, Türkiyə və Cənubi Qafqaz dəmir yollarına çıxışı var.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.