REGİONLAR
Ötən il Hacıqabulda istixanalardan 485 ton tərəvəz yığılıb
Hacıqabul, 4 mart, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda istixana kompleksinin şəbəkəsi ilbəil genişləndirilir.
Rayon Dövlət Aqrar inkişaf mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun ayrı-ayrı yaşayış məntəqələrində 29,2 hektar ərazidə 21 istixanada tərəvəz (pomidor, xiyar) yetişdirilir. Ötən il bu istixanalardan 485 ton məhsul yığılaraq daxili və xarici bazarlara göndərilib. Məhsul istehsalçıları bu sahədən yaxşı mənfəət götürdükləri üçün istixanaların genişləndirilməsinə xüsusi diqqət yetirirlər. Ötən il rayonun Meyniman və Qubalı Baloğlan kəndlərində bir neçə istixananın tikintisinə başlanılıb. Atbulaq kəndində isə “Hajiqabul Greenhouse” MMC tərəfindən 17 hektar ərazinin 10 hektarında İspaniya texnologiyası əsasında yeni istixana tikilib istifadəyə verilib. İstixanada 100 nəfər daimi iş ilə təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]