CƏMİYYƏT

Ötən il İTSDA bütün tibb müəssisələrində koronavirus ilə mübarizə tədbirlərində iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib

Bakı, 7 may, AZƏRTAC

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncam imzalayıb. Azərbaycan Respublikası Nazirlər Kabineti sözügedən Sərəncama uyğun olaraq, 2020-ci il 25 mart tarixində 112 nömrəli Qərar imzalayıb. Qərarda bildirilir ki, müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir.

Sözügedən Sərəncam və Qərara uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci il ərzində bütün tibb müəssisələrində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə, həmçinin könüllülərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib.

Bu barədə AZƏRTAC-a dövlət agentliyindən bildirilib.

Məlumata görə, bütün tibb və qeyri-tibb işçilərinə xəstəxanaların rəhbərliyi və agentlik tərəfindən Sərəncam və ondan irəli gələn Qərarın mahiyyəti, ödənişin hesablanması qaydası barədə müfəssəl məlumat verilib. Nazirlər Kabinetinin Qərarı ilə bağlı verilən suallar dəfələrlə agentlik tərəfindən cavablandırılıb.

Məlumat üçün bildirək ki, fevral ayı ərzində ölkədə koronavirusa yoluxma sayı digər aylara nisbətən çox aşağı olub. Bu da təbii olaraq tibb və qeyri-tibb işçilərinin işə cəlb olunma günlərinə və saatlarına təsir edib.

Cari ilin ilk dörd ayı ərzində koronavirusa yoluxma sayı aşağıdakı diaqramda qeyd olunur:

Qeyd edək ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən agentliyə təqdim edilən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısına, iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən cari ilin fevral ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 1542 nəfərə 259 min 72 manat müddətli əlavə ödənilib.

Ay ərzində iş günlərinə/saatlarına mütənasib olaraq müddətli əlavələr bu qaydada hesablanır: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli.

Nümunə ilə izah edək: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1353 manat 85 qəpik müddətli əlavə almalıdır. 1353.85 = ((440 / 156) x 120) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Məlumat üçün bildirək ki, xəstəliklə mübarizəyə cəlb olunan tibb işçilərinin sağlamlığının qorunması məqsədilə onlar bütün zəruri fərdi qoruyucu vasitələrlə təmin olunub və Vaksinasiya Strategiyasına uyğun olaraq ilkin mərhələdə bütün tibb heyəti COVID-19 xəstəliyi əleyhinə peyvənd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.