İQTİSADİYYAT


Ötən il İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 417 milyon dolara çatıb

Tehran, 25 iyun AZƏRTAC

Ötən il İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 417 milyon dollara çatıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran-Azərbaycan birgə ticarət palatasının katibi Hüseyn İrani deyib.

O bildirib ki, İran qonşu dövlətlər ilə iqtisadi əlaqələrin genişlənməsinə xüsusi əhəmiyyət verir. İran ilə Azərbaycanın qarşılıqlı münasibətlərinin yaxınlığı iqtisadi əməkdaşlıq əlaqələrinin də genişlənməsinə səbəb olub.

H.İrani nəzərə çatdırıb ki, 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri zamanı dövlətlər arasında 11 sənəd imzalanıb. Bu sənədlər, sadəcə olaraq, kağız üzərində qalmayıb. Azərbaycan Prezidentinin səyləri nəticəsində imzalanan sənədlərin icrasına başlanılıb. Artıq avtomobil istehsalı sahəsi işə düşüb və əczaçılıq sahəsində də birgə layihə həyata keçirilir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.