DÜNYA


Ötən il İspaniya kinematoqrafı prokatdan 100 milyon avrodan çox gəlir götürüb

Madrid, 3 yanvar, AZƏRTAC

İspaniya Mədəniyyət Nazirliyinin ilkin proqnozlarına görə, 2018-ci ildə İspaniya filmlərinin kassa yığımı 100 milyon avrodan çox olacaq. Bu, onu göstərir ki, prokatda belə bir məbləği böyük büdcəli filmlər çəkmədən, yaxud Hollivud ulduzlarını cəlb etmədən də toplamaq mümkündür. Məsələn, ispan rejissoru Xavyer Fesserin ictimaiyyəti komediya janrı ilə maraqlandırmaq bacarığı onun ispan kinolentlərinin beşillik uğurunu davam etdirən “Çempionlar” adlı filminə böyük şöhrət qazandırıb. Ötən il 19,5 milyon avrodan çox gəlir gətirən “Çempionlar” filmi “Goya Awards” milli kino mükafatının favoritidir. Bu film 11 nominasiyada mükafata təqdim edilib.

Rejissor Xavyer Ruis Kalderanın “Superlopes” filmi mövsümün digər ən gəlirli filmidir. İspaniyada kinoafişalardan hələ də düşməyən bu film təkcə istirahət günləri 400 min avrodan çox gəlir gətirir.

ABŞ-da ispan rejissoru Xuan Antonio Bayon tərəfindən ekranlaşdırılmış və 2018-ci ilin sonu üçün İspaniya prokatında 24 milyon avro gəlir toplamış film barədə ayrıca danışılmalıdır. Söhbət məşhur “Yura dövrünün parkı” filminin davam olan “Yura dövrünün parkı: krallığın süqutu” filmindən gedir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.