DÜNYA


Ötən il İtaliyada son iki əsrdə qeydə alınan ən isti il olub

Roma, 13 yanvar, AZƏRTAC

2018-ci il 1800-cü ildən bəri İtaliyada qeydə alınan ən isti il olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Tədqiqat Şurasının (CNR) Atmosfer və İqlim Elmləri üzrə (ISAC) İnstitutu tərəfindən dərc edilən məlumatda bildirilir.

“Qeydə alınan rəqəmlər kəskin iqlim dəyişikliyi ilə üzləşdiyimizdən xəbər verir. İtaliyada qeydə alınan yüksək temperatur dünya üzrə orta göstəricidən xeyli çoxdur”, – deyə Milli Tədqiqat Şurasının Atmosfer və İqlim Elmləri üzrə İnstitutun məlumatlar bazasının rəhbəri Mikele Brunetti açıqlama verib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.