DÜNYA


Ötən il Koreya Respublikasının iqtisadiyyatı 2,7 faiz artıb

Bakı, 22 yanvar, AZƏRTAC

Ötən il Koreya Respublikasının iqtisadiyyatı 2017-ci illə müqayisədə 2,7 faiz artıb.

AZƏRTAC Koreya KİV-lərinə istinadla xəbər verir ki, ölkənin mərkəzi bankının məlumatına əsasən, bu rəqəm 2012-ci ildən bəri ən aşağı göstəricidir. Asiyanın ən böyük 4-cü iqtisadiyyatına sahib olan Koreyada keçən il əhalinin hər nəfərinə düşən milli gəlir isə artaraq ölkə tarixində ən yüksək həddə - 31 min ABŞ dollarına çatıb.

Bildirilir ki, ötən il ölkənin ixracı 4, sənayesi 3,6, tikinti sektoru 4,2, xidmət sektoru isə 2,8 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.