REGİONLAR


Ötən il Kürdəmirdən on ölkəyə 18 min 576 ton məhsul ixrac edilib

Kürdəmir, 12 fevral, AZƏRTAC 

Ötən il Kürdəmir rayonundan on ölkəyə səkkiz çeşiddə 18 min 576 ton məhsul ixrac edilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonda fəaliyyət göstərən sahibkarlar və şirkətlər tərəfindən Türkiyəyə 355 ton pambıq mahlıcı, Gürcüstana 485 ton kəpək göndərilib. Bundan başqa, İrana 14 min 226 ton, İsrailə 39 ton, Gürcüstana 60 ton, Hindistana isə 28 ton biyan kökü və sair məhsullar ixrac olunub.

Meyvə-tərəvəz ixracında da 2017-ci illə müqayisədə xeyli artım olub. Keçən il Rusiyaya 1235 ton nar, 115 ton xurma, 18 ton pomidor, habelə 62 ton nar şirəsi ixrac edilib. Ukraynaya 630 ton nar, 114 ton xurma, 47 ton sarımsaq, Belarusa və Qazaxıstana 996 ton kartof, Gürcüstana 110 ton nar, 22 ton yemiş və sair göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.