İQTİSADİYYAT


Ötən il Mərkəzi Bankın 7,2 milyard manatlıq notları dövlət qeydiyyatına alınıb

Bakı, 19 fevral, AZƏRTAC

2020-ci ildə Mərkəzi Bankın 7 milyard 190 milyon manat dəyərində notları, 2 milyard 925 milyon manat dəyərində dövlət istiqrazları, 1 milyard 291,2 milyon manat dəyərində korporativ istiqrazları, 765,5 milyon manat dəyərində səhmləri dövlət qeydiyyatına alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 6 milyard 447,3 milyon manatlıq notları, 1 milyard 163,2 milyon manatlıq dövlət istiqrazları, 1 milyard 70,2 milyon manatlıq korporativ istiqrazları və 365,4 milyon manatlıq səhmləri yerləşdirilib.

Keçən il nominal dəyəri 1 milyard 703,3 milyon manat olan korporativ istiqrazları, Mərkəzi Bankın 491,4 milyon manatlıq

notları, 520,9 milyon manatlıq dövlət istiqrazları və 217,6 milyon manatlıq səhmləri tədavüldə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.