DÜNYA


Ötən il Moldovada 700 uşaq evdən qaçıb

Kişineu, 5 fevral, AZƏRTAC

Ötən il Moldovada 700 uşaq evdən qaçıb ki, bu da 2017-ci illə müqayisədə 30 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Polisi Baş İnspektorluğunun mətbuat katibi Marina Betsivu məlumat verib.

Onun sözlərinə görə, polis gün ərzində təxminən 2-4 uşağın itməsi halını qeydə alıb. Evdən qaçan uşaqlar, əsasən, 14-15 yaşında qızlar olub. 2018-ci ildə 513 uşaq bir sutka ərzində tapılaraq evlərinə qaytarılıb.

Uşaqların evdən qaçmasının əsas səbəblərindən biri kimi valideynlərin onlara münasibəti göstərilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.