CƏMİYYƏT


Ötən il Naxçıvan MR ilə İran arasındakı sərhəddə bir tona yaxın narkotik vasitə tutulub

Tehran, 27 yanvar, AZƏRTAC

Ötən il Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı gömrük-keçid məntəqələrində 1 tona yaxın narkotik vasitə tutulub ki, bu da ötən illərlə müqayisədə çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi Narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili Asiman Mehdiyev verib.

O bildirib ki, uzun müddət erməni işğalı altında qalan torpaqlarımızdan tranzit kimi istifadə olunub və narkotik vasitələrin qaçaqmalçılığı həyata keçirilib. Qarabağ işğaldan azad edildikdən sonra İrandan narkotik qaçaqmalçılığına sədd yaranıb. Buna görə də qaçaqmalçılar Naxçıvan marşrutundan istifadə etmək məcburiyyətində qalıblar və bu səbəbdən də Naxçıvandakı gömrük-keçid məntəqələrində narkotik vasitələrin tutulması faktı artıb.

İran avtomobilləri Naxçıvandan tranzit olaraq Türkiyəyə gedirlər və yük avtomobillərində tez-tez narkotik vasitələr aşkar edilərək müsadirə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.