İQTİSADİYYAT
Ötən il Naxçıvan Muxtar Respublikasının dinamik inkişafı uğurla davam etdirilmişdir VİDEO
Bakı, 30 yanvar (AZƏRTAC). 2013-cü il ərzində Naxçıvan Muxtar Respublikasının (MR) iqtisadi və sosial həyatında dinamik inkişaf prosesləri uğurla davam etdirilmişdir.
Naxçıvan MR Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2013-cü ildə muxtar respublikada 2 milyard 338 milyon 928 min manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunmuşdur ki, bu da bir il əvvəlki müvafiq göstəricini 10,3 faiz üstələmişdir. ÜDM–in tərkibində ilk yeri 28,5 faiz paya malik sənaye, ikinci yeri isə 25,5 faiz payla tikinti sahəsi tutmuş və ÜDM-in 64,8 faizi maddi istehsal sektorunun payına düşmüşdür. Ötən il adambaşına düşən ÜDM-in həcmi 2012-ci ilə nisbətən 9 faiz artaraq 5 min 423 manat səviyyəsində olmuşdur.
2013-cü ildə muxtar respublikada əhalinin gəlirləri 7 faiz, hər bir nəfərə düşən gəlirlər 4,9 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 3,1 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]