REGİONLAR


Ötən il Neftçalada 209 nəfər işlə təmin olunub

Neftçala, 9 yanvar, Mahir Babayev, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Neftçala rayon şöbəsi ötən il rayon icra hakimiyyəti, idarə, müəssisə və təşkilatlarla birlikdə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, işsiz və işaxtaran şəxslərin müvafiq işlə təmin olunması sahəsində məqsədyönlü tədbirlər həyata keçirib.

Rayon məşğulluq xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-ci ildə rayon üzrə 916 nəfər işsiz və işaxtarandan 209 nəfəri işlə təmin olunub. Həmçinin ötən 6 nəfərə müavinət ödənilib.

İşsiz və işaxtaran şəxslərin işlə təmin olması məqsədilə ötən ilin iyun ayında rayonda icra hakimiyyəti ilə birgə əmək yarmarkası təşkil olunub. Yarmarkada işsizlərə 78-i dövlət, 206-sı isə qeyri-dövlət sektoruna məxsus olmaqla 284 iş yer təklif edilib. Əmək yarmarkasında iştirak edən 296 işaxtarandan 31 nəfərinə işlə təmin olunmaq üçün müəssisə və təşkilatlara göndəriş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.