REGİONLAR


Ötən il Neftçalada süni mayalama yolu ilə 2 min başdan çox buzov doğulub

Neftçala, 14 yanvar, Mahir Babayev, AZƏRTAC

Neftçalada aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni təsərrüfatlar yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalama məntəqələrinin şəbəkəsi genişləndirilib.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda Neftçalada 8 süni mayalama məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən süni yolla mayalandırılan 3 min 56 baş inək və düyədən 2 min 55 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Bu da 2017-ci ildəkindən 476 baş çoxdur. Mayalanma aparılmış hər 100 baş inəyə 71 bala düşüb.

Yuxarı Qaramanlı kəndində fəaliyyət göstərən fermer İlkin Əsgərovun sözlərinə görə, süni mayalama yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır. Bu heyvanların həm diri çəkisi, həm də südü 3-4 dəfə çox olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.