REGİONLAR


Ötən il Qaxda heyvan sahiblərinə 167 min manatdan çox subsidiya ödənilib

Qax, 5 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

2018-ci ildə Qax rayonunda 3687 baş inək və düyə süni yolla mayalandırılıb. Bu, əvvəlki illə müqayisədə 371 baş çoxdur. Süni mayalama yolu ilə alınan buzovların sayı isə 2017-ci illə müqayisədə 716 baş artaraq 2497 baş olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun məsləhətçisi Vidadi Məmmədov məlumat verib.

Mərkəzin rəsmisi bildirib ki, ötən il Qax rayonu üzrə 2093 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınan 2418 baş cinsi yaxşılaşdırılmış buzova görə 241 min 800 manat subsidiya hesablanıb. Subsidiyanın 167 min 700 manatı ilin sonunadək heyvan sahiblərinə ödənilib. Qalan 74 min 100 manat vəsaitin bu ilin birinci rübü ərzində ödənilməsi təmin ediləcək.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, son 3 ildə Qax rayonunda 9331 baş inək və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə süni mayalama yolu ilə alınan 3946 baş cinsi yaxşılaşdırılmış buzova görə heyvan sahiblərinə hər buzova 100 manat olmaqla, ümumilikdə, 394 min 600 manat subsidiya ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.