REGİONLAR
Ötən il Qazaxda 345 ailəyə ünvanlı sosial yardım verilib
Qazax, 28 fevral, Rauf Hacıyev, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsində ötən il 12651 nəfər pensiyaçı qeydiyyatda olub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, onlardan 8682 nəfəri yaşa görə, 3459 nəfəri əlilliyə görə, 510 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.
Bundan başqa, 345 ailənin 1410 üzvünə 812000 manat ünvanlı sosial yardım, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş 3322 nəfər müharibə veteranına 2474100 manat müavinət, 203 şəhid ailəsinə 606000 manat Prezident təqaüdü, 747 nəfər sağlamlıq imkanı məhdud olan uşaqlara 1248100 manat müavinət, 8195 nəfərə 4578500 manat digər sosial müavinət ödənilib.
2019-cu ildə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə əmək pensiyaları, sosial müavinətlər və dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışan işçilərin əməkhaqları artırılıb. Ötən il pensiya və sosial müavinətlərin verilməsi üçün 43312 000 manat vəsait aidiyyəti üzrə ödənilib. Bu, əvvəlki illə müqayisədə 4811100 manat çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]