REGİONLAR


Ötən il Qəbələdə 13 milyon manatlıq sənaye məhsulu ixrac olunub

Qəbələ, 15 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Ötən il Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 104 milyon 285 min manatlıq məhsul istehsal olunub. İstehsal edilən sənaye məhsulunun 12,2 faizi dövlət, 87,8 faizi qeyri-dövlət sektorunun payına düşür. Hesabat dövründə rayonda 13 milyon 24 min manatlıq sənaye məhsulu ixrac edilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov məlumat verib.

Onun sözlərinə görə, Qəbələ rayonunun sənayesi əsasən, qida məhsulları və tikinti materiallarının istehsalı, elektrik enerjisi və qazın bölüşdürülməsi və təchizatı, suyun təmizlənməsi və paylanması sahələrini əhatə edir. Ötən il rayonda istehsal olunan sənaye məhsulunun 82,8 faizi emal sektorunun payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.