REGİONLAR


Ötən il Qəbələnin otel və mehmanxanaları 51 mindən çox əcnəbi turistə xidmət göstərib

Qəbələ, 28 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

2022-ci ildə Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 98 min 728 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 47 min 414 nəfəri və ya 48 faizi Azərbaycan, 51 min 314 nəfəri və ya 52 faizi xarici ölkə vətəndaşı olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötən il Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı 2021-ci illə müqayisədə 15 min 194 nəfər və ya 18,2 faiz artıb. Müddət ərzində yerli turistlərin sayı əvvəlki ilə nisbətən 23 min 209 nəfər və ya 32,9 faiz azalsa da, əcnəbi turistlərin sayında 38 min 403 nəfər və ya 4 dəfə artım qeydə alınıb.

2022-ci ilin yanvar-dekabr aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları əvvəlki illərdə olduğu kimi, yenə də üstünlük təşkil edib. Belə ki, ötən il bu ölkənin 22 min 242 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, keçən il Qəbələyə Birləşmiş Ərəb Əmirliklərindən 8656 nəfər, Hindistandan 4148, Küveytdən 2521, Omandan 1772, İsraildən 1199, Pakistandan 1196, Rusiyadan 1058, Qətərdən 718, Türkiyədən 467, Qazaxıstandan 366, Bəhreyndən 236, İrandan 179, ABŞ-dan 167, İraqdan 136, Böyük Britaniyadan 117 turist gəlib. Gələnlərin 6136 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Keçən il rayon ərazisində yerləşən 18 mehmanxana və mehmanxana tipli müəssisədən 16-sı fəaliyyət göstərib. Müddət ərzində otel və mehmanxanalarda 24 min 854 çarpayı-yerdən istifadə olunub. Bir gün qalmaq üçün orta qiymət 78,7 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub.

2022-ci ildə Qəbələnin turizm obyektlərində 847 işçi çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.