MƏDƏNİYYƏT


Ötən il Qız qalası və Şirvanşahlar Sarayı Kompleksini 200 mindən çox insan ziyarət edib

Bakı, 4 yanvar, AZƏRTAC

Ötən il Qız qalası və Şirvanşahlar Sarayı Kompleksini 250 mindən çox turist ziyarət edib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu iki qədim abidə İçərişəhərin ən çox maraq duyulan və ziyarət edilən məkanlarından olub. Ötən il ərzində Şirvanşahlar Sarayı Kompleksini ziyarət edən 100 mininci ziyarətçi idarə tərəfindən müəyyən edilərək xatirə hədiyyələri və xüsusi sertifikatla təltif edilib. Bu il bu ənənənin Qız qalasının ziyarətçiləri üçün də tətbiq edilməsi planlaşdırılır.

Azərbaycan xalqının maddi-mədəni irsinin canlı təqdimatı, onun mənəvi aləminin həqiqi təzahürü məhz bu məkan daxilində vəhdət təşkil edir. İçərişəhəri ziyarət edənlərin sayı günü-gündən artır və Qoruq xalqımızın milli-mədəni irsi və tariximizlə tanış olmaq üçün ən gözəl imkanlar yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.