REGİONLAR


Ötən il Saatlıda ümumi məhsul istehsalında özəl sektorun payı 91, 9 faiz təşkil edib

Saatlı, 27 fevral, Mahir Babayev, AZƏRTAC

2020-ci ildə Saatlı rayonunda ümumi məhsul buraxılışının həcmi 2019 - cu illə müqayisədə faktiki qiymətlərlə 8,9 faiz və ya 25759,1 min manat artaraq 315576 min manata çatıb. Ümumi məhsul istehsalının həcmi sənaye üzrə 12,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə 10,2 faiz, tikinti üzrə 47,8, informasiya və rabitə üzrə 18,9 faiz artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Saatlı Rayon Statistika İdarəsinin rəisi Rövşən İsayev məlumat verib.

Bildirilib ki, 2020-сi il ərzində 12 sənaye müəssisəsi və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 49487,7 min manat və ya əvvəlki ilin müvafiq dövri ilə müqayisədə 5456, 1 min manat və ya 12,4 faiz çox sənaye məhsulları istehsal ediib və xidmətlər göstərilib. İstehsalın 91,9 faizi sənaye malları, 8,1 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olub. İstehsal olunan sənaye məhsulu və xidmətlərin 91,9 faizi emal sənayesi üzrə, 6,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı payına düşüb. Ümumi istehsalda özəl sektor 91,9 faiz, dövlət sektoru isə 8,1 faiz təşkil edib.

Sənaye məhsulu istehlakçılarına 45113, 1 min manat həcmində sənaye məhsulu göndərilib ki, bu da ötən illə müqayisədə 6849, 5 min manat və ya 17, 9 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.