Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ötən il Sabirabadda ümumi layihə gücü 45 milyon manat olan müxtəlif təyinatlı müəssisələr tikilib

Sabirabad, 14 fevral, Mahir Babayev, AZƏRTAC

2018-ci ildə Sabirabadda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sosial obyektlərin tikintisi, sənaye və kənd təsərrüfatının inkişafı davam edib, bir sıra mühüm infrastruktur layihələri həyata keçirilib. Kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində yerli investorların cəlb edilməsi hesabına rayonda ümumi layihə gücü 45 milyon manat olan müxtəlif təyinatlı müəssisələr tikilib.

AZƏRTAC-ın bölgə xəbər verir ki, bu barədə Sabirabadda 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov məlumat verib.

Bildirilib ki, hesabat dövründə rayonda geniş tikinti, abadlıq-quruculuq işləri aparılıb, çoxmənzilli binaların əsaslı təmiri davam etdirilib. “Azərxalça”nın filialının binasında tikinti yekunlaşmaq üzrədir. Hazırda sənaye məhəlləsinin istehsal, yardımçı binalarının tikintisi və abadlıq işləri davam etdirilir. Tikintidə 250 nəfərə yaxın işçi çalışır. Sənaye məhəlləsinin cari ildə istifadəyə verilməsi nəzərdə tutulub. Ötən müddətdə rayonda kəndarası yolların tikintisində xeyli iş görülüb. 12600 nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən 43 kilometr uzunluğunda Dadaşbəyli-Minbaşı-Salmanlı-Noxudlu-Salyan, 18 kilometr uzunluğunda Surra-Padar avtomobil yollarının tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Ötən il 360 şagird yerlik Yaxadəllək kənd tam orta məktəbinin binası tikilib istifadəyə verilib, 200 şagird yerlik Bulaqlı və 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəblərində əsaslı təmir işləri başa çatdırılıb. Son illər rayonda 3 uşaq bağçası tikilib, 6-sı isə əsaslı təmir olunub.

Məruzədə qeyd olunub ki, əhalini fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə rayon mərkəzində və 26 kənddə kabelləşmə işləri aparılıb, 9 kənddə isə bu işlər davam etdirilib. Nizami, Azadkənd və Yuxarı Axtaçı kəndlərində yerləşən 110/35/10 kilovoltluq yarımstansiyalarda yenidənqurma işləri aparılıb, 46 ədəd 10/6/04 kilovoltluq komplektləşdirilmiş transformator məntəqəsi yenidən qurulub. Rayonun bir sıra kəndlərində 35 və 10/04 kilovoltluq elektrik verilişi hava xətləri dəyişdirilib, iki min ədəddən çox yararsız dayaq yenisi ilə əvəz olunub. Tikintisi yekunlaşmaq üzrə olan 110/35/10/0.4 kilovoltluq Cavad yarımstansiyası 40 min nəfər əhalinin, eyni zamanda, Kür çayı boyunca 25 kilometr məsafədə yerləşən suvarma nasos stansiyalarının fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinə imkan yaradacaq.

Əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə görülmüş tədbirlər nəticəsində rayonun mərkəzinə və 62 kəndə qaz verilişi təmin olunub. Hesabat ilində Yuxarı Axtaçı, Yastıqobu kəndlərinə və Rüstəmli kəndində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbəyə təbii qaz verilib, qalan 12 kəndin qazlaşdırılması üçün layihələndirmə işlərinə başlanılıb.

Diqqətə çatdırılıb ki, son illər rayonda aqrar sektorun digər sahələrinin inkişafı ilə yanaşı, pambıqçılığın inkişafına da diqqət xeyli artırılıb və müəyyən işlər görülüb. Hesabat ilində rayonda 13 min 55 hektar sahədə pambıq əkilib və 17 min 300 ton məhsul yığılıb.

Ötən il 24645 hektar sahəsində biçin aparılıb və 97093 ton taxıl istehsal olunub ki, bunun 61925 tonu buğda, 35168 tonu isə arpa olub. Hər hektarda ümumi məhsuldarlıq 39,4 sentner olub. 2018-ci ildə 19194 ton kartof, 65367 ton tərəvəz, 100221 ton bostan, 21124 ton meyvə istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kartof istehsalı 368 ton, tərəvəz 1308 ton, bostan məhsulları 45 ton, meyvə isə 1171 ton çox olub.

Hesabat dövründə heyvandarlığın müasir texnologiyalar əsasında inkişaf etdirilməsi sahəsində də müəyyən tədbirlər həyata keçirilib. Heyvandarlıq məhsullarının istehsalının artırılmasında daha məhsuldar olan cins mal-qaranın yetişdirilməsi məqsədilə rayonda 17 süni mayalanma məntəqəsi yaradılıb. 2018-ci ildə iribuynuzlu mal-qaradan süni mayalama yolu ilə 3399 baş cins tərkibi yaxşılaşdırılmış bala alınıb. Ötən müddətdə iribuynuzlu heyvanların sayı 121 min 444 başa, qoyun və keçilərin sayı 228 min 470 başa çatıb. 2017-ci ilə nisbətən ət istehsalı 600 ton (diri çəkidə), süd istehsalı 7 min 143 ton, yun istehsalı 21 ton, yumurta istehsalı isə 8 milyon 141 min ədəd artıb.

Vurğulanıb ki, kənd təsərrüfatı məhsullarının istehsalında və məhsuldarlığın artırılmasında əkin sahələrinin suvarılması əsas amillərdəndir. Dövlətin qayğı və dəstəyi ilə rayonda bu sahədə xeyli iş görülüb. Dövlət başçısının tapşırığına əsasən rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Əliləmbəyli, Çöl Beşdəli və Çöl Ağaməmmədli kəndlərində əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün H kanalının tikintisi tamamlanmaqla 11498 hektar əkin sahəsinin suvarma probleminə, beləliklə də, həmin kəndlərdə yaşayan əhalinin narahatlığına birdəfəlik son qoyulub.

Yığıncaqda cari ildə görüləcək işlər müəyyənləşdirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı