REGİONLAR
Salyanda 49 min 702 ton süd istehsal olunub
Salyan, 24 yanvar, Mahir Babayev, AZƏRTAC
Salyanda heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da göstərdiyi hərtərəfli qayğı rayonda bu sahənin inkişafına da güclü təkan verib, ət, süd istehsalı və mal-qaranın baş sayının ilbəil artmasına səbəb olub.
Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda Salyanda ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarda 62 min 660 baş iribuynuzlu mal-qara və 185 min 762 baş qoyun-keçi saxlanılır. İnək və camışların sayı 33 min 304 baş təşkil edir. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına təkan verib.
Ötən il rayonda 13 min 231 ton ət (diri çəkidə), 49 min 702 ton süd istehsal olunub ki, bu da 2017-ci ildəki göstəricidən müvafiq olaraq 3 ton və 4 min 845 ton çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]