REGİONLAR


Ötən il Şamaxıya 119 mindən çox turist gəlib

Şamaxı, 7 yanvar, AZƏRTAC 

Ötən il Şamaxıya 119 min 300 turist gəlib. Bu, 2017-ci ildəki göstəricidən 7800 nəfər çoxdur.

Şamaxı Turizm İnformasiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ölkəmizdə turizmin inkişafına göstərilən dövlət qayğısı Şamaxıda da öz müsbət təsirini göstərir. Bölgədə 30 turist obyekti fəaliyyət göstərir. Bunlardan 3-ü hotel, 15-i istirahət mərkəzi, 12-si restorandır. Bundan əlavə, rayonda son illərdə kənd turizmi də inkişaf etməkdədir. Bunun nəticəsidir ki, rayona gələn istər yerli, istərsə də xarici turistlərin bir hissəsi kənd evlərində qalmaqda maraqlıdırlar. Ən çox turistlərin qaldıqları kənd evləri Çuxuryurd, Nağaraxana, Məlhəm, Dəmirçi yaşayış məntəqələrindədir.

Qeyd edək ki, Şamaxıya gələn xarici turistlərin də sayı artmaqdadır. Ötən il onların sayı əvvəlki illə müqayisədə 4 faiz artıb. Keçən il ən çox turist MDB ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İran, Asiya ölkələri, Fransa və Almaniyadan gəlib.

Rayona gələn turistlərin ən çox maraq göstərdikləri və ziyarət etdikləri yerlər Cümə Məscidi, Astrofizika Rəsədxanası, Dəmirçi kəndi, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, Yeddi Günbəz abidəsi, Şahxəndan Türbəsi, Pir Mərdəkan Xanəgahı, Gülüstan qalası və Buğurd qalasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.