İQTİSADİYYAT


Ötən il Səbail rayonunda 5502 yeni iş yeri açılıb

Bakı, 13 fevral, AZƏRTAC

Səbail rayonunda 2017-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulub və 2018-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunub.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, hesabat yığıncağında çıxış edən icra hakimiyyətinin başçısı Eldar Əzizov ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verib və il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb.

Qeyd olunub ki, Azərbaycan iqtisadiyyatı ötən ildə öz inkişaf tempini qoruyub saxlayıb və bu inkişafın təməlində əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni tarixi şəraitə uyğun olaraq müvəffəqiyyətlə davam və inkişaf etdirilən uzaqgörən iqtisadi siyasət və dövlətimizin başçısının apardığı islahatlar dayanır.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 2017-ci il ərzində Səbail rayonunda görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, 2017-ci ildə rayonun iri sənaye müəssisələri tərəfindən 24 milyard 421,87 milyon manatlıq məhsul istehsal edilib, iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 450,4 milyon manat olub. Hesabat ilində rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 133,7 milyon manat, bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 7 milyard 823,8 milyon manat, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 5.528,0 milyon manat təşkil edib.

2017-ci ildə Səbail rayonunda çalışan işçilərin sayı 114003 nəfər, orta aylıq əməkhaqqının məbləği 1481,8 manat olub. Ötən il ərzində Səbail rayonunda 4571-i daimi olmaqla 5502 yeni iş yeri açılıb.

İl ərzində Xaqani, Üzeyir Hacıbəyov, Puşkin küçələrində yerləşən yaşayış binalarının fasadlarının üzlənməsi aparılıb, hazırda Bülbül prospekti, Ü.Hacıbəyli, Əhməd Cavad küçələrində bir sira binaların fasadları, səkilər təmir olunur.

RİH tərəfindən Badamdar yolunun müasir standartlara uyğun yenidənqurulması işləri davam etdirilir, kəskin qəzalı vəziyyətdə olan I Buxta döngəsi 39 ünvanındakı yaşayış binasında yaşayan 13 ailənin dövlət vəsaiti hesabına kompensasiya ödənilməsi yolu ilə köçürülməsi təmin olunub.

RİH tərəfindən Bayıldakı 157 saylı uşaq bağçasının müasir standartlara tam cavab verən layihə sənədləri əsasında əsaslı təmir-yenidənqurulması işləri aparılıb, bağça binasının tam qəzalı olması səbəbindən bina sökülərək yeni bina tikilib. Hazırda binanın daxilində tamamlama və dizayn işləri başa çatıb.

Yaradılmış “Ekoloji park”da işlər davam edir, burada əkilən 200 mindən çox ağaca gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Sonra rayon sakinlərinin müxtəlif istək və təklifləri dinlənilib, sakinləri narahat edən suallar cavablandırılıb, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

İclasda Azərbaycan Respublikası Prezidenti Administrasıyasının məsul əməkdaşı Tağı Tağıyev də çıxış edib.

Yığıncaqdakı çıxış və müraciətlərdə dövlətimizin başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənib.

Sonda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.