REGİONLAR


Ötən il Şəmkir rayonunda 385 fərdi yaşayış evi tikilib

Şəmkir, 14 fevral, Famil Quliyev, AZƏRTAC

Bu gün ölkəmizin hər bir bölgəsində sakinlər tərəfindən fərdi yaşayış evləri tikilir, gənc ailələr özləri üçün yurd-yuva qururlar.

Sakinlərin, xüsusilə də gənclərin özlərini yeni evlə təmin etməsi istiqamətində bu gün Şəmkir rayonunda ciddi addımlar atılır, onlara münbit şərait yaradılır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2017-ci ildə rayonda ümumi sahəsi 36960 kvadrat metr, dəyəri 20 milyon 120 min manat olan 385 fərdi yaşayış evi tikilib.

Ötən il təkcə Şəmkir şəhərində 82 fərdi yaşayış evi inşa olunub. Digər fərdi yaşayış evləri rayonun Zəyəm və Dəllər qəsəbələrində, Yeni Həyat, Tatarlı , Düyərli, Abbaslı , Mahmudlu, Sabirkənd və Təzəkənd kəndlərində tikilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.