REGİONLAR
Ötən il Şəmkir rayonunda 7 körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılıb
Şəmkir, 14 mart, Rauf Hacıyev, AZƏRTAC
Məktəbəqədər tərbiyə müəssisələrinin müasirləşdirilməsi, maddi-texniki bazasının zənginləşdirilməsi, eləcə də gələcək nəslin təlim və tərbiyəsinin hərtərəfli inkişaf etdirilməsi məqsədilə respublikamızın ayrı-ayrı bölgələrində görülən işlərə uyğun olaraq Şəmkir rayonunda da ötən il 755 yerlik 7 körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəmkir şəhərində 3, 4 və 5 saylı körpələr evi-uşaq bağçalarının, Kür qəsəbə, Keçili, Qaracəmirli və Dəllər Cırdaxan kənd körpələr evi-uşaq bağçalarının binaları əsaslı təmir olunub.
Şəmkirin Hərbi şəhərcik ərazisində 8 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik binanın tikintisi başa çatdırılıb.