MƏDƏNİYYƏT


Ötən il Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi tədbirlərdə 90 mindən çox tamaşaçı iştirak edib

Sumqayıt, 14 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin ötən il ərzində keçirdiyi 5873 tədbirdə 90 mindən çox tamaşaçı iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə idarənin Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində reallaşan müşavirəsində qeyd edilib.

Ötən ildə əldə edilən nailiyyətlərdən danışan idarənin rəisi, Əməkdar mədəniyyət işçisi Mehman Şükürov mədəniyyət naziri Əbülfəs Qarayevin tövsiyə və tapşırıqlarını müəssisə rəhbərlərinə çatdırıb. Xüsusilə, sosial şəbəkələrdə fəaliyyətin artırılması və mətbuat xidməti ilə əlaqələrin genişləndirilməsi zəruriliyini qeyd edən M.Şükürov Sumqayıtın 70 illiyi ilə bağlı tədbirlər planının və yeni layihələrin hazırlanması ilə bağlı tapşırıqlarını verib.

İdarənin rəis müavini İlham Əhmədov 2018-ci ildə görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Görülən işləri təhlil edən məruzəçi keçirilən tədbirlər haqqında məlumatların idarənin internet saytında, rəsmi “Facebook” səhifəsində, eləcə də respublikanın mətbu orqanlarında ətraflı işıqlandırıldığını vurğulayıb.

Tədbir daha sonra məruzə ətrafında çıxışlarla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.