REGİONLAR
Ötən il Sumqayıtda 7 min daimi yeni iş yeri açılıb
Sumqayıt, 4 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə, davamlı sosial-iqtisadi inkişafa və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq məqsədilə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq Sumqayıt şəhərinin sosial-iqtisadi göstəricilərində önəmli nəticələr əldə edilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, 2018-ci ildə daxili məhsul istehsalı 2017-ci illə müqayisədə 35 faiz və ya 520 milyon manat artaraq 2 milyard manatdan çox olub.
Sənaye müəssisələrində 1 milyard 300 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki dövrlə müqayisədə 20 faiz artım deməkdir. İl ərzində hamısı daimi olmaqla, 7000 yeni iş yeri yaradılıb.