Ötən il Tovuzda 224 ev istifadəyə verilib
AzerTAg.az
Bakı, 18 fevral, AZƏRTAC
Ötən il Tovuzda müəssisə, təşkilat və vətəndaşlar tərəfindən iqtisadiyyatın və sosial sahənin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 76139,8 min manat və ya əvvəlki ilin eyni dövründən 26,6 faiz az investisiya yönəldilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, investisiyaların həcminin 91,7 faizi dövlət, 8,3 faizi qeyri-dövlət mülkiyyətinə məxsusdur.
Hesabat dövründə dəyəri 5614 min manat, ümumi sahəsi 25116 kvadratmetr olan 224 fərdi yaşayış evi istifadəyə verilib. Evlərin 151-i kənddə, 73-ü şəhərdə tikilib.
Tikinti təşkilatlarında faktiki işləmiş işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,3 faiz azalıb, bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 452,7 manat olub.

Xəbərin mətnində orfoqrafik səhv var