DÜNYA


Ötən il Türkiyəyə 44 milyondan çox turist gəlib

Ötən il Türkiyəyə 44 milyondan çox turist gəlib

Bakı, 31 yanvar, AZƏRTAC

2022-ci ildə Türkiyəyə 44 milyondan çox xarici turist gəlib. Onlardan 5,67 milyonu almaniyalıdır.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ötən il ölkəyə edilən turist səfərlərinin sayına görə, Almaniya liderdir – 12,7 faiz. Siyahıda ikinci yerdə rusiyalılar qərarlaşıb. Türkiyəyə xarici turist axınında Rusiya vətəndaşlarının payı 11,7 faiz (5,2 milyon nəfər) təşkil edib.

Reytinqin ilk beşliyinə, həmçinin 3,37 milyon turistlə Böyük Britaniya, 2,8 milyon turistlə Bolqarıstan və 2,3 milyon turistlə İran daxil olub.

Ümumilikdə isə ötən il Türkiyəyə 44,56 milyon turist gəlib ki, bu da 2021-ci illə müqayisədə 80 faiz çoxdur. Ölkəyə turist axını demək olar ki, pandemiyadan əvvəlki səviyyəyə çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.