REGİONLAR


Ötən il Yevlaxda süni mayalama yolu ilə 317 baş buzov doğulub

Yevlax, 22 yanvar, AZƏRTAC

Yevlax rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cinsinin yaxşılaşdırılması istiqamətində tədbirlər 2018-ci ildə davam etdirilib.

Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni yolla mayalandırılması həyata keçirilir. Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalamadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi bu sahəyə marağı artırıb. 2018-ci ildə rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 654 baş inək və düyə süni yolla mayalandırılıb, 317 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Mayalama zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şvis”, "Şarole" cinsindən olan buğaların toxumları istifadə edilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq Sərəncamı bu sahədə işlərə güclü təkan verib. Sərəncama əsasən, süni mayalama yolu ilə alınan və cinsi yaxşılaşdırılan hər baş buzova görə heyvan sahibinə dövlət büdcəsindən 100 manat subsudiya ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.