REGİONLAR
Ötən il Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində 346 nikah rəsmiləşdirilib
Zaqatala, 7 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Son illər ölkəmizdə yeni ailə quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev mərkəzlərində keçirilməsi ənənə şəklini alıb. Bu, heç də təsadüfi deyil. Ulu Öndər bütün fəaliyyəti boyu Azərbaycan ailələrinin sağlam və xoşbəxt olması, milli-mənəvi dəyərlər üzərində inkişaf etdirilməsi üçün çalışıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gözəl ənənə Zaqatala rayonunda da uğurla davam etdirilir. 2018-ci ildə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində 346 nikah mərasimi keçirilib.
Mərkəzin direktoru Famil Rəhimovun sözlərinə görə, Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimlərinin keçirilməsi ənənəsi 2014-cü ilin aprelində qoyulub. Həmin vaxtdan bu günədək Mərkəzdə 1616 nikah mərasimi olub. Yeni ailə quran gənclərin doğmalarının iştirakı ilə keçirilən bu mərasimlərdə ailə dəyərlərinin qorunmasının vacibliyi önə çəkilib, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışılıb.
Famil Rəhimov bildirib ki, keçirilən bütün nikah mərasimlərinin foto və video görüntüləri mərkəzin fondunda saxlanılır.