İQTİSADİYYAT


Ötən il "Azəriqaz" İB tərəfindən 150 yaşayış məntəqəsinə təbii qaz verilib

Bakı, 10 yanvar, AZƏRTAC

Ötən il "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 150 yaşayış məntəqəsinə təbii qaz verilib.

"Azəriqaz" İstehsalat Birliyindən AZƏRTAC-a bildiriblər ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz işlər həyata keçirilib. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunması işləri aparılıb, yeni qaz kəmərləri çəkilib və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilib. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən 2018-ci il ərzində 3192,7 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 526,6 kilometr qaz kəməri əsaslı təmir olunub. Ötən il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Astara, Ağdaş, Ağsu, İsmayıllı, İmişli, Bərdə, Tərtər, Tovuz, Zərdab, Zaqatala, Kürdəmir, Qax, Quba, Qəbələ, Qobustan, Qusar, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Goranboy, Gədəbəy, Oğuz, Ucar, Xaçmaz, Beyləqan, Bərdə, Daşkəsən, Yevlax, Yardımlı, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 150 yaşayış məntəqəsi, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbə qazlaşdırılaraq təbii qazla təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.