Ötən il avtomobil nəqliyyatı ilə daşımalardan 1 milyard manatdan çox gəlir əldə edilib
AzerTAg.az
Bakı, 11 iyun, Elvin Camalov, AZƏRTAC
Ötən il avtomobil nəqliyyatı ilə daşımalardan əldə olunan gəlir 1 milyard 273 milyon 879 min manat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 11-də XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018) sərgisi çərçivəsində keçirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) fəaliyyətinə dair "Avtomobil Nəqliyyatı - Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda konfransda DANX-ın rəisi Həbib Həsənov deyib.
O bildirib ki, 2017-ci ildə bu sahə üzrə orta aylıq nominal əməkhaqqı təxminən 600 manat olub. Ötən il avtomobil nəqliyyatı ilə 144 milyon 854 min ton yük, 1 milyard 739 milyon 726 min nəfər sərnişin daşınıb.
H.Həsənov qeyd edib ki, göstərilən statistik rəqəmlər ölkə iqtisadiyyatının inkişafında avtomobil nəqliyyatının rolunun əyani göstəricisidir.

Xəbərin mətnində orfoqrafik səhv var