İQTİSADİYYAT


Ötən il bağlanmış əqdlərin sayı artıb

Ötən il bağlanmış əqdlərin sayı artıb

Bakı, 10 yanvar, AZƏRTAC

Ötən il “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 15 milyard 300,75 milyon manat təşkil edib.

AZƏRTAC BFB-yə istinadla xəbər verir ki, son 1 ildə bağlanmış əqdlərin sayı 11 min 828-ə çatıb. BFB-nin dövriyyəsinin 7 milyard 287,806 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin məbləği 816,611 milyon manat, repo əməliyyatları üzrə əqdlərin məbləği 7 milyard 196,335 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.